Ru
23:59 / 23 Aprel 2021

Səfir Elmira Axundova Prezidentin sərəncamına qarşı çıxır? - Ukraynada SKANDAL

12287
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkədə daha bir skandalı ilə gündəmə gəlib.

Bakupost.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, səfir, Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.

Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan "Filosoflar parkı"nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.



Səfirin skandal yaradan əməlləri bununla yekunlaşmayıb. E.Axundova daha sonra Nizami Gəncəvinin abidəsi üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırmasını tələb edib.

Məlumdur ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ukraynada böyük şairin adına ucaldılacaq abidə isə “Nizami Gəncəvi İli”nə növbəti töhfə ola bilər.



Lakin görünən budur ki, xanım səfirin addımları Prezidentin sərəncamına qarşı çıxmaqdan ibarətdir. Beləliklə, Ukraynada qalmaqalları gündəmdən düşməyən Elmira Axundova növbəti skandalı ilə bu ölkədə daha çox Azərbaycan adına mənfi reputasiya yaratmaqla məşğuldur.



Xatırladaq ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda Nizami Gəncəvinin adını daşıyan parkın açılması və orada dahi mütəfəkkirin abidəsinin ucaldılması ilə bağlı ilkin razılaşma 2019-cu ildə Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Azər Xudiyev arasında keçirilən görüş zamanı əldə edilib.
Şərhlər
  • Эльчин Оруджев

    Çox teessüf ki, bizim milletin nümayendeleri ölkeden xaricde bu seviyyesiz yazilarla hörmetli sefirimize yalandan böhtan atirlar. Bütün Ukrayna azerbaycanlilari bilir ki sefirimiz Elmira Axundova diasporanin Ukraynada möhkemlenmesi üçün gece gündüz durmadan çalışır, fedakarliq gösterir ve bütün resurslarından istifade ederek ölkemizin imicini xaricde yükseldir. Burda yazilanlarin eksine olaraq sefir E.Axundova böyük mütefekkirimiz ve şairimiz Nizami Gencevinin heykelinin Xarkov şeherinde qoyulmasi üçün elinden geleni edir ve hele şeher hakimiyyeyi ile bir çox raziliqlar da elde olunub. Bu cür xeberleri yayanlar intriqa yolu ile öz maddi maraqlarini düşünürler ve insanlarin üreyini bulandirmaqla, fikirlerini yayindirmaqla ve şexsi edavet aparmaqla meşğuldurlar. Xahiş edirem bele yalan melumatlar yayinlamayin mediada. Elmira xanim çox milletsever, patriot ve dövlet menageyini göz bebeyi kimi qoruyan dövlet memurudur. Xahiş edirem bu kimi yazilarla dövletimizi gözden salmayin ve diaspora üzvlerini bir birine qaşi qoymayin. Çünki bu yalan melumatlar araya nifaq salir ve dövletimizin menafeyine xidmet etmir. Bu xeberleri evvelce yoxlayib, araşdirib yazsaydiniz çox yaxşi olardi. Çünki bu yalanlara heç kim inanmaz. Bütün diaspora rehberleri etiraz içerisindedir. Elmira xanumin işleri göz önündedir. Bu iftiralari yaymaqla meşğul olanlara tövsiyyem o olardi ki, meneviyyatlarini satmasinlar. Ayibdir.

  • naxcivanli

    hormetli redaksiya, bu adam dovletimize, prezidentimize dushmen movqe numayish etdirir... Dahi ve mutefekkir Nizami Genceviye bu cur hormetsizlik edan Azerbaycanli ola bilmez, bu fakt ciddi arashdirmalidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər