Ru
14:13 / 16 Oktyabr 2019

Səfirlik attaşesi Bakıda qəza törətdi

2549
Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin attaşesi qəza törədib.

BakuPost.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində baş verib.

Belə ki, həmin küçədə Vadim Soltanovun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi Mohammed Abbasinin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Soltanov yüngül xəsarət alıb, hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, “Mercedes” markalı avtomobil Səudiyyə Ərəbistanı səfirliyinə məxsusdur. Avtomobili idarə edən şəxs isə səfirliyin attaşesidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər