Ru
13:15 / 05 Dekabr 2025

Şəhid anasının həlak olduğu yanğınla bağlı TƏBİB-dən açıqlama

Şəhid anasının həlak olduğu yanğınla bağlı TƏBİB-dən açıqlama
Eye

Yevlaxda baş verən yanğın hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakupost.az -a bildirilib ki, dekabrın 5-də,saat 01:20-də iki nəfər (bir kişi, bir qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısı olublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar