Ru
09:57 / 08 Dekabr 2025

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO
Eye

Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov vəfat edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, F. Ələkbərov uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid 1994-cü il təvəllüdlü Röyal Ələkbərov ali hərbi təhsil alıb, Orduda tağım və daha sonra bölük komandiri kimi xidmət edib.

O, 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar