Ru
08:29 / 23 Sentyabr 2025

Şəkidə sərxoş sürücü namaza gedən iki nəfəri vurub öldürdü

Şəkidə sərxoş sürücü namaza gedən iki nəfəri vurub öldürdü
Eye

Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs namaz qılmağa gedən iki nəfəri vuraraq öldürüb.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şəki şəhəri, Axundov prospektində baş verib.

Şəki sakini Turan Əzizli dostu Elvinlə birlikdə kafeyə gedərək spirtli içki qəbul edib.

Turan sükan arxasına əyləşərək şəhərin mərkəzinə, Elvinin evinə tərəf gedib. Yolda onlar avtomobili saxlayaraq mağazadan yenidən pivə alıblar. Dostlar pivəni içərək avtomobil idarə edərkən sürət həddini aşdığı üçün qarşıdan gələn motosikletin hərəkət zolağına çıxıblar və motosikletlə toqquşublar.

Hadisə nəticəsində motosikletdə olan sürücü Natiq Abdullayev və sərnişini Mehman Camalov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turan Əzizli 8 il 6 ay azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar