Ru
20:00 / 12 Noyabr 2025

Şəmkirdə yancaqdoldurma məntəqəsində yanğın - VİDEO

Şəmkirdə yancaqdoldurma məntəqəsində yanğın - VİDEO
Eye

Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, yanğınla bağlı dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi məlumatına görə, yanğın söndürülüb.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib.


Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tutumu 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb.

Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub.
Yanğının qarşısı alınıb. Yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar