“Ölçünə olmayan qapıdan girməyə çalışma...”
Bu günlərdə tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun Murad Arifin “Popumuz var” Youtoobe verilişində söylədiyi “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: "Sən bu neft üçün nə etmisən?" fikri sosial şəbəkədə birmənalı qarşılanmayıb.
BakuPost.az xəbər verir ki, RadioAntenn-in aparıcısı Əzizə İsmayılova da Murad Dadaşovun səsləndirdiyi fikirlərə kəskin reaksiya verib. O, şəxsi feysbuk əhifəsində “Günəşli faciəsi”ndə həyatını itirən neftçilər adından bu fikirləri qeyd edib:
“Gəl, deyək sənə, etdiyimizin 1000-dən birini. Sən yüksək vəzifəlilərin cah-cəlallı saraylarında tamadalıq edəndə, biz külək, çovğun, qar bilmədən dənizin ortasında həyatımızı qurban vermişik. Meyitlərimizi tapdığı üçün sevinib ailələrimiz, hələ neçəmizin meyiti bu gün də tapılmayıb. Sabah da meyit kimi evə dönmə təhlükəsi var, birisi gün də. Hər gün bu təhlükə burnunda evdən çıxıb işə gedir bütün "bu neft üçün nə etmisən" dediyin neftçilər. Sənin toylarda yüksək elitaya göstərdiyin şou ilə, bizim açıq dənizdə azğın dalğalarla göstərdiyimiz şou fərqlidir, şoumen əfəndi.
Sən ən bahalı butiklər, ən bahalı restoranları rahat gəzəsən, heç nə etmədiyin halda hər şey sahibi olub özünü belə ali zümrə sayasan deyə, "sən bu neft üçün nə etmisən ki?" dediyin neftçilər gecə-gündüz neft ehtiyatlarının harda nə qədər olduğunu, hansı quyunun neçə il rentabelli olub-olmamasını hesablayıb, bu gün də hesablayır, sabah da hesablayacaq. Amma nə quruda, nə dənizdə işləyənlərimizin aldığı maaş sənin restoranda bir dəfəyə verdiyin hesab qədər olmur...
- Neft sənin deyil, dövlətindir. Sən keç dövlət rəhbərliyinə, sən də öz istedadını göstər, insanları inandır, sən də idarə elə.
-Ölçünə olmayan qapıdan girməyə çalışma, Murad əfəndi. Ağzından çıxan sözü qulağın duysun. Sənin dövlət dediyin, xalqın çiyinləri üstə durduğu halda dövlətdir. Konstitusiyanı açsan görərsən ki, bu ölkənin təbii ehtiyatları xalqa məxsusdur. Yarınmaq istədiyin ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də çıxışlarında neftin xalqın olduğunu dəfələrlə vurğulayıblar. Xalqın olmadığı yerdə dövlət olmur, şoumen əfəndi. Bunun üçünsə dediyin kimi hansısa "rəhbərliyə keçmək","kimisə nəyəsə inandırmaq" lazım deyil. İstedada gəlincə, elə biz neftçilərin istedadıdır ki, bu gün iqtisadiyyatın onurğa sütunu bizə bağlıdır. Səni belə danışdıran da biz neftçilərin hesabına səpələnən pullardır. Bizim istedadımız təbii ehtiyatlarımızı süfrənizə gətirməkdən o yana keçmir... burda sənlə razıyıq.
Get, ən dəbdəbəli sarayda, mənim kimilərin qanını sorub pulunu sənin kimilərin boğazdan yuxarı dediyi təriflərə görə başınızdan tökən "istedadını göstərən" və "insanları inandırıb idarə edənlərin" qarşısında oyna. Sənin nə xalq, nə dövlət haqda fikir yürütmən tələb olunmur. Əvvəlcə özün xalqdan ola bil, sonra nəyisə başa düşməyə çalış...
Sonda, biz neftçilər bu boyda sərvəti idarə etməsək, sizin hamınızın kontoruna vurulan qıfıllar pas atar. İstedadın varsa, buyur, gəl, sən də idarə et, pulundan bu qədər yararlandığın neməti.
Əslində, istedad sahibi bu fikrə görə çıxıb üzr istəyərdi. Hərçənd biz neftçilərə bu da lazım deyil... İndi buyur, söz səndədir: Bəs sən bu dövlət, bu xalq üçün neyləmisən?”
Düz deyirsiniz, neftçilərin adından yazılanlarla razıyam. Sadə vətəndaş kimi də bunu deyirəm. Mən bu neft üçün və digər sərvətlərimiz üçün şükr edirem. Murad müəllim bəs siz nə edirsiniz?
Sözün düzü kimin nə dediyini bilmirəm. Bir onu bilirəm ki, bu respunlikanın bütün sərvətləri əziyyət çəkənlərin deyil, yuxarılarda oturan qarnıyoğunlarındır. Sıravi bir neftçi onlardan yüz bəlkə də min dəfə aşağı səviyyədə yaşayır. Halbuki insanlığı da, mənəviyyatı da onlardan qat- qat üstündür.
Mence siz cox wiwirtdiniz..mende baxmiwam verliwe.Murad bey sizin yozdugunuz menada demedi..sadece bildirmey istediki vetandaw olmag lazimdi..mene ne edib dovlet demekdense men ne etmiwem dese daha yaxwi olar fikri hamiya aid deyil..xalq ucun ,dovlet ucun hecne etmiyib nese gozduyenlere aid eledi fikrini..Ve mence Murad bey oz sahesin elediyini edib.cox savadli,pozitiv bir insandi..qaldiki tamadalig falan herenin oz sahesi var ve o oz sahesinde birincilerdendise demek isdedadlidi..eziyyeti bahasina gelib bu seviyyeye cixib.
Yeyqin yeni vezife axtar.. Amma vezifeye gore xalqini goz qirpmadan alcaltmaga calishan insanin bu torpaqda gezmeye bele haqqi yoxdur.
Eslinde Cemiyyetimizin ekser uzvleri dovletimize yox, mueyyen qurumlara, ayri ayri wexslere, ve s. xidmet edir, bu da bize bizim kimliyimizi unutdurur????
Eslinde
Deyiıənıərlə razıyam
Bu qeder itkilerimiz var azdimi daha bir wey qalmayib gozun açdan xeberi olmaz he irad tutsan ki çanini cixsin iwleyib evvela hami sizin kimi wansli deyil 2cisi haradi milleti meddah ve yaltaq etdiler aferin her weyi bacarirsiz tek xalqi yawatmaqdan bawqa qeyretinize olsun
Bu taltaq və бездар girə girə çox irəli gedəcək
Günümüz şoudur, həyatımız şoudur, gündəmimiz şoudur, efirlərimiz şoudur.. Təbii ki, neftçilərimizə, hərbiçilərimizə qiymət də "şou çıxardanlar" tərəfindən verilməli idi. Əgər deyilsə də, danışılsa da, efirlər bu qayda da öz işlərini davam edirsə, jurnalistlər "şou çıxardanların", əxlaqsızların əxlaqsız həyatını işıqlandıraraq reklam edirsə, nəyi götürüb, nəyi axtarırıq..?!! Deputatlarımız xalqın hüquqlarının əzilməsinin müdafiəçiləri kimi ağıllarına gələni deyərək xalqı təhqir edirlərsə, niyə biz tamadadan bu qədər inciyirik...
Bu telxek deyasen depytat olmah isteir, orda telxek azdi, biri de artih olsun.
Belələrinin bir adı var saray şairi və külək partiyasının üzvü ..!
Dünənin "tamada"sı sabahın "deputatı"dır - heç şübhəniz olmasın...
Dünənin "tamada"sı sabahın "deputatı"dır - heç şübhəniz olmasın...
Bu adamın heç şoumenlik istedadı da yoxdur. Zorən şoumendir bu yazıq. Azad rəqabət mühitində teatrların paltarasanı ola bilər.