Ru
09:20 / 18 Sentyabr 2026

Milyardlıq tenderlərdə təəccüblü detal: İqtisadçı rəqəmlərin arxasındakı həqiqəti AÇIQLADI

Milyardlıq tenderlərdə təəccüblü detal: İqtisadçı rəqəmlərin arxasındakı həqiqəti AÇIQLADI
Eye

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 4 596 elektron satınalma keçirilib və onların ümumi məbləği 2,34 milyard manat təşkil edib. Satınalmaların sayı 0,3% artıb, ümumi məbləğ isə 12,5% yüksəlib.

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov “Bakupost”a bildirib ki, satınalmaların sayının və ümumi məbləğinin fərqli səviyyədə artması tam təbii haldır.

Onun sözlərinə görə, say və məbləğin eyni dinamika ilə artmaması satınalma predmetinin həcmindən və oradakı digər detallardan asılı ola bilər.

Məsələn, bir satınalma şərti olaraq 1 milyon manat, digər satınalma isə 8-10 milyon manat həcmində ola bilər. Bu zaman satınalmaların sayı dəyişməsə də, ümumi məbləğ arta bilər. Eyni zamanda, satınalmaların sayı, məsələn, 500 ola bilər və hər satınalmanın məbləği yüksək olarsa, təbii ki, nəticədə ümumi satınalma məbləği də artacaq.

E.Əmirov qeyd edib ki, burada inflyasiyanın təsirini də nəzərə almaq lazımdır. Eyni xidmətin və ya məhsulun alınması üçün hər il daha çox vəsait ayrılması, ən azı orta inflyasiya səviyyəsində olması, hərəkətverici və tətikləyici amildir.

İqtisadçı bildirib ki, əsas məsələ satınalma məbləğinin artması deyil.

Onun fikrincə, satınalmaların sayının bir qədər artacağı gözlənilirdi. Çünki qanunvericiliyin təkmilləşdirilməsi, büdcə nəzarətinin gücləndirilməsi və satınalmalarla bağlı daha müsbət istiqamətdə addımların atılması onu satınalmaların sayının da artacağını düşünməyə vadar edir.

E.Əmirovun sözlərinə görə, onu təəccübləndirən məqam satınalmaların sayının artmamasıdır. Faktiki olaraq, 0,3%-lik artım çox azdır.

Orta iştirakçı sayının 3,5 nəfər olmasına gəlincə, ekspert bunu müəyyən mənada normal hesab edir. Onun sözlərinə görə, iştirakçı sayının daha çox olması yaxşı olardı, amma orta hesabla 3,5 iştirakçının olması qəbulediləndir. Bunu neqativ hal kimi deyil, normal hal kimi qəbul etmək olar.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
  • Mühəndis B. Rəqəmli

    Kreml SSRİni buraxandan Neft, maşınqayırması, emalı, kimyası və digər sənaye sahələrinin xaricilərin də məsul-ciddi geniş yeni sahələrə şaxələndirmə sovetlərinə ramən texniki, texnoloji geriləməklə az qala əsr öncəki aqrar ölkələrə çevrilmişik? Adətən, siyasi və modern sahədən yüksək vəzifəlilərin (ehtimal ki, xaricdən təklif, ya gördükləri?) modern əlaltı dəftərxana və proqram vasitələrinə maraqları sifariş edilir. Əlbəttə ki, bu nə həmin və ya digər beynəlxalq sahələrin dərinliyinə elmi-texniki inteqrasiya cəhdi də deyil? Radio-el başlıqları yığmış AzSSR hazırda müstəqilcə, ya birgə hansı müasir dünyəvi zəruri texniki vasitəni-hissəni qurur-istehsal edirik? Bir ildə cəmi 0.3% yeni vasitənin alınması həmin sövdələşmələrdə texniki deyil, yalnız sırf, ya siyasi biznesmenlərin iştirakını təsdiqləmirmi? Cənab ekspert, lap müasir olsun 0,3% yeni əlavə belə 99,7 (100-0,3)% geriyə çəkilmə və 40 (qırx) dəfə bahalığa sərf etmə-silinmə deyilmi?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar