Ru
00:20 / 18 Sentyabr 2026

Ölkənin ən gənc və ən yaşlı nazirləri - FOTO

Ölkənin ən gənc və ən yaşlı nazirləri -  FOTO
Eye

Azərbaycanın Nazirlər Kabinetində müxtəlif yaş qruplarını təmsil edən nazirlər fəaliyyət göstərir. Hazırkı hökumətin tərkibində ən gənc və ən yaşlı nazirlər arasında yaş fərqi 27 ildir.

"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, Azərbaycanın ən gənc naziri müdafiə sənayesi naziri Vüqar Mustafayevdir.

1986-cı ildə Bakıda anadan olan nazir hazırda 40 yaşındadır. O, 2023-cü il noyabrın 18-də müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib.

Vüqar Mustafayev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Xəzər Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsi əldə edib. Nazir müxtəlif şirkətlərdə vəzifələrdə çalışıb, o cümlədən “PAŞA Holdinq”də rəhbər vəzifələr tutub.

Hazırkı hökumətin ən yaşlı naziri isə müdafiə naziri, general-polkovnik Zakir Həsənovdur.

O, 1959-cu il iyunun 6-da Astara rayonunda anadan olub və hazırda 67 yaşındadır.

Zakir Həsənov 2013-cü ildən Azərbaycanın müdafiə naziri vəzifəsini tutur. O, uzun illər hərbi xidmətdə olub və müxtəlif rəhbər vəzifələrdə çalışıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və bundan sonra hərbi xidmətini davam etdirib.

Hazırkı hökumətin ən gənc və ən yaşlı nazirləri arasında 27 illik yaş fərqi var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar