Ru
13:11 / 26 Noyabr 2020

Senatın qondarma qətnaməsi Azərbaycana problem yaradacaqmı? ŞƏRH

2591
Fransa Senatı hökuməti olmayan "Dağlıq Qarabağı Respublikası"nın müstəqilliyini tanımağa çağıran məsləhət xarakterli qətnaməni müzakirəyə çıxarıb. Müzakirədən sonra Senat 305 səs lehinə, 1 səs əleyhinə olmaqla, qətnaməni qəbul edib.

Bəs bu qətnamə Azərbaycanı beynəlxalq aləmdə hansısa təhlükə ilə üz-üzə qoya bilərmi?


Məsələ ilə bağlı “BakuPost”a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, sözügedən sənəd hüquqi cəhətdən etibarsız sayılsa da, Azərbaycana kifayət qədər ciddi siyasi təsirləri ola bilər:


“Fransanın ardından Avropanın Cənubi Qafqazdakı sülh razılaşmasında maraqlı olmayan bir sıra dövlətləri də öz parlamentlərində Dağlıq Qarabağ ətrafında spekulyasiya xarakterli təxribatçı qərarlar və layihələr qəbul edə bilərlər. Digər tərəfdən, bunun siyasi təsiri ondan ibarətdir ki, Fransa və Azərbaycan arasında münasibətlərin tamamilə sıfırlanmasının şahidi ola bilərik. Düzdür, hazırda Fransa hökuməti Senat tərəfindən tövsiyə xarakterli qətnaməni qəbul etməyib. Nə qədər ki, Fransa Minsk qrupunun həmsədr dövlətidir, yəqin ki, qəbul etməyəcək. Amma bunun, separatçılıq məsələsinin parlament səviyyəsində müzakirəyə çıxarılması Fransanın beynəlxalq imicinə ciddi şəkildə zərbədir. Yaxşı olardı ki, rəsmi Paris öz tarixinə bir də nəzər salsın. Baxmayaraq ki, 21-ci əsrdir, bu ölkə yenə də müstəmləkəçilik siyasətinə davam edir, Afrikanın bir çox ölkələri Fransaya illik xərac verirlər. Eyni zamanda, Mayotta adası ətrafında da Fransa hakimiyyətinin apardığı siyasət hər kəsə məlumdur. Belə olan təqdirdə Fransanın insan hüquqlarından, Avropa dəyərlərindən danışması cəfəngiyyatdır. Çünki Fransa beynəlxalq hüquqa tüpürən, BMT-nin qərarlarını heçə sayan bir dövlətdir. Bunu tarixin müxtəlif mərhələlərində dəfələrlə bariz şəkildə göstərib".

Aygün Nəbiyeva
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər