İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-nin təcavüzünə cavab olaraq "Həqiqi vəd 4" əməliyyatının yeddinci və səkkizinci mərhələlərinə başlayıb.
Bakupost.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün SEPAH İsrailə və ABŞ-nin regiondakı bazalarına "genişmiqyaslı hücum" başlatdığını elan etmişdi.
***
09:21
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki obyektlərə və regionda yerləşən ABŞ hərbi bazalarına genişmiqyaslı hücumun başladığını elan edib.