ABŞ İranın qırmızı xətlərini keçsə, cavabımız regiondan kənara çıxacaq.
Bakupost.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
SEPAH iddia edir ki, İran mülki obyektlərə hücumlara görə qisas almaqda tərəddüd etməyəcək.
“ABŞ və müttəfiqlərinin infrastrukturuna elə zərbə vuracağıq ki, onlar illərlə regionun neft-qazından məhrum qalacaqlar. ABŞ-nin regiondakı tərəfdaşları da bilməlidirlər ki, biz bu günə qədər qonşuluq münasibətlərinə görə xeyli təmkin göstərmiş və cavab hədəflərinin seçilməsində müəyyən məqamları nəzərə almışıq, amma artıq bütün bu məhdudiyyətlər aradan qaldırılıb”.