Ru
09:11 / 21 Noyabr 2025

Serbiya prezidenti ilə bağlı sensassion iddia – Müharibə zamanı snayper olub

Serbiya prezidenti ilə bağlı sensassion iddia – Müharibə zamanı snayper olub
Eye

Serbiya Prezidenti Aleksandar Vuçiç barəsində irəli sürülən ittiham məhkəməyə daşınıb. Vuçiçin Bosniya müharibəsi zamanı snayper kimi fəaliyyət göstərdiyi iddia edilir.

Serbiya Prezidenti Aleksandar Vuçiçin (1992–1995-ci illər) Bosniya müharibəsi zamanı Sarayevoda snayper olduğu iddiası ilə bağlı İtaliyanın Milan şəhər prokurorluğuna şikayətin daxil olub.

Bakupost.az “ANSA” xəbər agentliyinə istinadən xəbər verir ki, şikayəti xorvat araşdırmaçı jurnalist Domoqoy Marqetiç təqdim edib.

Marqetiç şikayət ərizəsində bildirib ki, Prezident Vuçiç Bosniya müharibəsi zamanı serb millətçilərinin dinc sakinləri hədəf aldığı Sarayevodakı hərbi mövqelərdə olub və snayper kimi xidmət edib.

Jurnalist Marqetiçin Vuçiçin iddia edilən fəaliyyətinə dair bəzi sübutları da təqdim etdiyi qeyd olunur.


Məlumata görə, bu şikayət İtaliyada jurnalist Etzio Qavazzeninin müraciəti əsasında başlanıb və müharibə turizmi kimi tanınan hadisəyə dair istintaq çərçivəsində irəli sürülüb.

Daha əvvəl yayılan məlumatlarda iddia edilirdi ki, Bosniya müharibəsi zamanı İtaliya, Kanada və ABŞ da daxil olmaqla bir sıra ölkələrdən bəzi şəxslər 200–300 min avro ödəniş müqabilində həftəsonları döyüşlərə qatılıb və bosniyalı dinc sakinlərin qətlində iştirak ediblər.

Prokurorluq Vuçiç barəsindəki iddiaları və təqdim edilən sübutları araşdırmağa başlayıb.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar