Uzun müddətdir MS xəstəliyindən əziyyət çəkən məşhur türkiyəli müğənni Serdar Ortaç son konsertindəki görüntüləri pərəstişkarlarını məyus edib.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, müğənninin köməkçilərinin dəstəyi ilə səhnəyə çıxması diqqət çəkib.
Ortaçın səhhəti ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial şəbəkədə minlərlə insan məşhur müğənniyə dəstək və “tez sağal” mesajları göndərib.