Ru
14:02 / 03 Dekabr 2021

Sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO

6931

Dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda sərnişinlərdən biri sürücü ilə mübahisə edib və ödəniş terminalını sındırıb.



Bakupost.az xəbər verir ki, sürücü nağd ödəniş etmək istəyən sərnişinə ödənişin kartla olduğunu bildirməsinə görə mübahisə baş verib. Daha sonra başqa bir sərnişin onun yerinə kartla ödəniş edib. Həmin şəxs düşərkən yenidən mübahisə edib və bu zaman ödəniş terminalına yumruqla vuraraq sındırıb.

Nəticədə şirkətə 13 400 manat ziyan dəyib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi araşdırma aparır.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər