Ru
23:04 / 16 Dekabr 2025

Yanukoviçin barəsində çıxarılan hökm qüvvəyə mindi

Yanukoviçin barəsində çıxarılan hökm qüvvəyə mindi
Eye

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin barəsində çıxarılmış 15 illik həbs cəzası hökmü Apellyasiya Məhkəməsinin qərarından sonra qüvvəyə minib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun məlumatında deyilir.

Kiyev Apellyasiya Məhkəməsi Yanukoviçin vəkilinin şikayətini rədd edib və Podolsk Rayon Məhkəməsinin 28 aprel tarixli hökmünü qüvvədə saxlayıb.

Keçmiş prezident dövlət sərhədini qanunsuz keçməyin təşkilində və fərariliyə təhrik etməkdə günahkar bilinib. Prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Konstantin Kobzar da eyni iş üzrə qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilib.

Müstəntiqlərin sözlərinə görə, 23 fevral 2014-cü ildə Yanukoviç qanunsuz olaraq Ukraynanı tərk edib və ən azı 20 nəfərlik digər yaxınının və hərbi qulluqçularının xaricə köçürülməsini təşkil edib. Müstəntiqlərin sözlərinə görə, onlar Donetsk vilayətindəki Urzufdan Krasnodar vilayətindəki Yeysk şəhərinə Rusiya Silahlı Qüvvələrinin helikopteri ilə gediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar