Ru
09:40 / 18 Sentyabr 2025

Sərvət dəyərində hədiyyələr təqdim etdilər - Siyahı

Sərvət dəyərində hədiyyələr təqdim etdilər - Siyahı
Eye

ABŞ lideri Donald Trampın Britaniyaya səfəri fonunda Bukingem Sarayı Tramp ailəsi ilə Kral Çarlz və Kraliça Kamilla arasında mübadilə edilən hədiyyələrin detallarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, saray qarşılıqlı hədiyyələri ölkələr arasındakı dostluğun simvolu kimi dəyərləndirib.

Kral cütlüyü prezident Trampa Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünü münasibətilə Vindzor qəsrindəki Kral Cildxanası tərəfindən xüsusi olaraq hazırlanmış kitab və yanvarın 20-si onun andiçmə mərasimi günü Bukingem Sarayının üzərində dalğalanan Birlik Bayrağını hədiyyə edib.

Birinci xanım Melaniya Trampa isə fərdiləşdirilmiş “Anya Hindmarç” əl çantası və Şimali İrlandiyalı rəssam Cara Murfi tərəfindən hazırlanmış gümüş və qab hədiyyə olunub.

Tramplara “Əlahəzrətlərin birgə şifrəsi həkk olunmuş” gümüş çərçivə də təqdim olunub.

Donald Tramp Britaniya kralı III Çarlza general Duayt Eyzenhauerin qılıncının nüsxəsini “İkinci dünya müharibəsində qələbə üçün həyati əhəmiyyət kəsb edən tarixi tərəfdaşlığın” simvolu kimi təqdim edib.

Kraliça Kamillaya 18 karatlıq qızıldan hazırlanan, brilyant və yaqutlarla bəzədilmiş “Tiffany & Co”dan vintaj çiçək broşu hədiyyə edilib.

Qeyd edək ki, belə bir broş daha öncə sabiq Baş nazir Marqarit Tetçerə də hədiyyə edilib.

Saray açıqlayıb ki, Kraliça Kamillaya təqdim olunan broşun xüsusi mənası var - yaqut onun doğum daşıdır.

Sərvət dəyərində hədiyyələr təqdim etdilər - Siyahı
Sərvət dəyərində hədiyyələr təqdim etdilər - Siyahı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar