Ru
07:17 / 18 Sentyabr 2025

Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı – 1005 nəfəri qadındır

Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı – 1005 nəfəri qadındır
Eye

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, 2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfər olub.


Bakupost.az xəbər verir ki, bu barədə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.
Belə ki, onlardan 39 485 nəfəri kişi, 1005 nəfəri isə qadındır.

Qeydiyyatda olanların 20 182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11 697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar