Ru
21:02 / 17 Sentyabr 2025

Sübhani Qriqoryanla vida naharı etdi - FOTO

Sübhani Qriqoryanla vida naharı etdi - FOTO
Eye

Sentyabrın 17-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın Ermənistandakı səfiri Mehdi Sübhani sonuncunun diplomatik missiyasının başa çatması münasibətilə vida naharı keçiriblər.

Bakupost.az xəbər verir ki, Qriqoryan səfirə gördüyü işlərə görə təşəkkür edib və onun fəaliyyəti dövründə çoxşaxəli Ermənistan-İran münasibətlərinin yeni səviyyəyə qalxdığını vurğulayıb.

Sübhani isə konstruktiv əməkdaşlığa görə Təhlükəsizlik Şurasının katibinə təşəkkür edərək, Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafı üçün hər cür səy göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Sübhani ermənidən “daha çox erməni” imici və antiazərbaycan mövqeyi ilə seçilir.

Şərhlər
  • Rəhim

    Bu Sübhani ağanı, indi də Ermənistanın İrandakı səfiri təyin etmək lazımdır, belə ki, o ermədən daha çox ermənidir...belə də oğraş müsəlmanlar var... Şeyxülislam bizim Qarabağ qələbəmizdə İranın "FƏTVA" verərək rolunu xüsusi qeyd etmişdir...Düzdür Vicdan məsələsində Şeyx bir az buksavatdadı, ona da çox fikir vermədik, dedikmki, qandığı odu da... Əsas Təzəpirdəki Mərasim zallarıdır ki, Şeyxi ən çox düşündürən, maraqlandıran...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar