Ru
22:49 / 17 Sentyabr 2025

Gəlirlər azaldı, xərclər vətəndaşın cibi hesabına qarşılanır - Çıxış yolu budur?

Gəlirlər azaldı, xərclər vətəndaşın cibi hesabına qarşılanır - Çıxış yolu budur?
Eye

Azərbaycanda 7 ildir ki, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlir vergisinə güzəştlər tətbiq edilir. Əslində güzəştə görə vergilər sıfırlansa da, əvəzində DSMF-yə ödənişlər artmışdı. Bu ilin sonunda güzəştlərin müddəti bitir – nə Maliyyə Nazirliyi, nə də hökumətin digər rəsmi qurumları vergi güzəştlərinin uzadılacağı ilə bağlı heç bir məlumat vermirlər.


Bakupost.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.


O bildirib ki, məmləkətin gəlirləri azalıb, xərcləri artıb:


"Belə olanda adətən, biznes üçün fürsətlər genişləndirilir ki, iqtisadi aktivliyin yüksəlməsi vergi daxilolmalarını artırsın. Bizdə hökumət bu yolu getmək, deyəsən, istəmir. Cərimələrin, vergilərin, kommunal ödənişlərin artırılması yolu ilə büdcəyə daxil olan vəsaiti çoxaltmaq istəyirlər – kökündən yanlış, iqtisadiyyatı daha da daraldacaq, insanların gəlirlərini azaldacaq yoldur. Gəlir azalanda xərcləmələr də azalır – deməli, iqtisadi aktivlik aşağı düşür, ÜDM artımı zəifləyir, rifah səviyyəsi enir.


Hökumət məhz bu yolla getdiyinə görə Azərbaycanda bu ilin ilk 8 ayında ÜDM artımı cəmi 0,9% olub ki, bu, əslində ressesiya göstəricisidir. İqtisadi aktivliyin zəifləməsi ona gətirib çıxartdı ki, Azərbaycan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşdü".

İqtisadçı ekspert vurğulayıb ki, hökumət fiziki şəxslərin (qeyri-dövlət və qeyri neft sahəsində çalışanlar) vergi güzəştlərini ləğv etsə, maaşdan (gəlirdən) 14% vergi sisteminə geri dönsə, bu, "yanlışın kubu" olacaq:

"Həmən “boz əmək bazarı” yenidən artacaq, rəsmi müqavilələrlə çalışanların sayı azalacaq, rəsmi müqavilədə göstərinlən maaşla real maaş arasında ciddi fərq yaranacaq, kiçik-orta sahibkarlar daha çox işçini ixtisara salmağa məcbur olacaq.

Fiziki çəxslərə 14%-lik vergini geri qaytarsalar, məntiqlə, DSMF ödənişlərini KƏSKİN azaltmalıdırlar, bu zaman da Sosial Müdafiə Fonduna toplanan vəsait ciddi azalacaq, onlara ödənilən dotasiyanı artırmaq məcburiyyəti yaranacaq. Yəni, hökumət vətəndaşdan vergini artıq yığıb, həmin vəsaiti DSMF-yə ötürməli olacaq, yəni, “yazı-pozu işi”, vətəndaşın dövlətdən-hökumətdən incikliyi artacaq.

Ona görə də, hökumət papağını qabağına qoyub bir daha düşünməlidir – anlayıram, ölkənin gəlirləri azalıb, xərclər çoxalıb, amma o xərcləri vətəndaşın cibi hesabına qarşılamaq cəhdi uğursuz olacaq, iqtisadiyyat zatən daralır, bu addımdan sonra daha da kiçiləcək. Ona görə də, bu vergi güzəştləri, ən azı, daha 7 il uzadılmalı, paralel olaraq da iqtisadi azadlıqlar genişləndirilməlidir..."


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar