Türkiyənin “Qalatasaray” klubu növbəti səs-küylü transferinə hazırlaşır.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messini heyətinə qata bilər.
Bu barədə insayder Zeki Uzundurukan yutub səhifəsində məlumat yayıb.
38 yaşlı futbolçu cari mövsümün son 4 ayı ərzində DÇ-2026-ya daha yaxşı hazırlaşa biləcəyi komanda axtarışındadır.
Tərəflərin yaxın müddət ərzində danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Lionel Messi 8 qat “Qızıl top” mükafatının qalibidir.