Ru
14:24 / 07 Oktyabr 2019

Səsi qələmdən iti... - Mahnı oxuyan jurnalistlər - VİDEO

15697
Musiqinin insan ruhuna əhəmiyyətli təsirini hamımız bilirik. Kimisi bu təsirin izi ilə böyük səhnələri fəth edir, kimisi bu istedadın fərqinə varmadan başqa sahələri seçir. Kimisi bütün dünyada məşhur olur, kimi isə yalnız öz dünyasında. Başqa sahələrdə çalışıb, amma peşəkar səviyyədə mahnı ifa edən, ecazkar səsə malik olan insanlarla zaman-zaman qarşılaşırıq.

Onları yazılarından, reportajlarından, imza atdıqları maraqlı layihələrdən, tanıyırıq. BakuPost.az bu dəfə sizə mətbuatın gizli istedadlarını təqdim edir.

Trend informasiya agentliyinin fotomüxbiri Vüqar İmanov özünəməxsus səs tembri ilə diqqət çəkir.






APA TV- nin redaktoru Orxan Məmmədli də bu sahədə fitri istedadı olan mətbuat nümayəndələrindəndir. Hətta ifa etdiyi mahnıların bir çoxunun bəstəsi də özünə məxsusdur.




Redaktor.az saytının baş redaktoru, tanınmış jurnalist Eldəniz Vəliyev istər dost məclislərində, istərsə də sosial şəbəkədə paylaşdığı ifaları ilə diqqət cəlb edir:





Uzun illər şou müxbiri kimi fəaliyyət göstərən Azər Nəsibi də bu sahədə istedadlı hesab etmək olar. Tanınmış jurnalist mahnı ifa etməklə kifayətlənməyib, bir çox mahnıların bəstəkarı kimi, həm ölkəmizdə, həm də qardaş Türkiyədə məşhurlaşıb. Hətta bəstələdiyi mahnılar bir çox yerli sənətçilərlə yanaşı, türk müğənnilərinin də repertuarında yer alıb.






Yazıçı-publisist Aysel Əlizadə uzun illər əvvəl televiziyada aparıcılığı ilə tanınıb. Xanımın gözəl səsə malik qiraətçi olduğu da məlumunuzudur. Amma həm də gözəl mahnı ifa etdiyini bilirdinizmi?




Gecce.az saytının baş redaktoru, tanınmış jurnalist Zəminə Rüstəmova ilk təhsilini Azərbaycan Milli Konservatoriyasında alsa da, bu sahədə fəaliyyətini davam etdirməyib.



Tanınmış jurnalist Nicat Dağlar da son illər mahnı ifalarıyla hamını təəccübləndirib. Onun yazdığı, bəstələdiyi, klip çəkdirdiyi mahnı efirlərdə verilib:





Jurnalist Vüqar Kamiloğlu isə həvəskar ifaçılığında bir addım da irəli keçərək peşəkar müğənnilik fəaliyyətinə başlayıb. Jurnalist bir neçə mahnısına hətta klip belə çəkdirib.






Jurnalist Gülnarə İlham da ara-sıra səsinin gözəlliyini üzə çıxaran jurnalistlərdəndir.





"Yeni Musavat" qəzetinin əməkdaşı Toğrul İsmayılın da ifası maraqlıdır:





"Yeni Musavat" qəzetinin digər bir əməkdaşı Xalidə Gəray pianoda peşəkar ifa edir. Eyni zamanda gözəl səsə malikdir.



Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu da həvəskar ifaçılardandır. Hətta gənclik illərində Sabir Mirzəyevdən muğam dərsi aldığını bildirib.






Bakı Bulvar idarəsinin Mətbuat katibi Günay Yelmarqızı, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli, Modern.az saytının mədəniyyət müxbiri Nuranə Daxilqızı da səsi olan mətbuat adamlarındandır







Günel Musa
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər