Ru
14:11 / 01 Avqust 2026

Səudiyyə-Husi müharibəsi: Kim qalib gələcək?

Səudiyyə-Husi müharibəsi: Kim qalib gələcək?
Eye

Yaxın Şərqin daha bir məntəqəsində müharibə alovlana bilər.

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə dəniz və hava zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində tammiqyaslı quru hücumunu əhatə edəcək.

"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Ər-Riyad Qırmızı dənizin cənub hissəsindən həyata keçirilən neft tədarüklərinə təzyiqlərə son qoymaq üçün hərbi əməliyyatlara başlamaq qərarına gəlib.

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı uzun illər apardığı hərbi əməliyyatlar onun bu qruplaşmanı tam şəkildə zərərsizləşdirə bilmədiyini göstərir.

Bu vəziyyətin əsas səbəblərindən biri həmsöhbətimizə görə, ərəb ordularının praktiki müharibə aparmaq imkanlarının və uzunmüddətli quru əməliyyatları həyata keçirmək qabiliyyətinin məhdud olmasıdır:

“Əgər regionda daha genişmiqyaslı müharibə baş verərsə, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin iştirakı daha çox əlavə cəbhə və ya yayındırıcı amil kimi qiymətləndirilə bilər. Yəni bu, əsas qarşıdurmanın nəticəsini müəyyən edən deyil, onu mürəkkəbləşdirən faktor rolunu oynaya bilər”.

Ekspertin sözlərinə görə, belə bir müharibədə klassik mənada qalib tərəfdən danışmaq çətindir:

Ən azı Yaxın Şərq ölkələrinin heç biri belə bir müharibədən qalib çıxmayacaq. Nə Səudiyyə Ərəbistanı, nə İran, nə də digər regional dövlətlər bu cür genişmiqyaslı qarşıdurmadan ciddi itkilər vermədən çıxa bilməz.

İran da indiyədək bu proseslərdə birbaşa hərbi müdaxilədən daha çox özünə yaxın olan silahlı qruplar və müttəfiq qüvvələr vasitəsilə iştirak edib. Husilər də İranla yaxın əlaqələri olan təşkilatlardan biri hesab olunur. Bu baxımdan, husilərlə mübarizə müəyyən mənada İranın regiondakı təsir imkanları ilə mübarizə kimi də qiymətləndirilə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar