Ru
12:57 / 03 Avqust 2026

Çinlə-ABŞ arasında çip gərginliyi dərinləşir

Çinlə-ABŞ arasında çip gərginliyi dərinləşir
Eye

Çinin aparıcı süni intellekt şirkətlərindən olan“Moonshot” yeni modellərin hazırlanması üçün “Alibaba” vasitəsilə təxminən 20 min “Nvidia” çipindən ibarət hesablama gücü əldə edib.

“Bakupost” xəbər verir ki, “Moonshot”un hazırladığı açıq mənbəli “Kimi K3” modeli performans baxımından “OpenAI”və “Anthropic” kimi aparıcı şirkətlərin modelləri ilə rəqabət aparır.

Bildirilir ki, “Alibaba”nın təqdim etdiyi infrastruktur “Moonshot”un inkişafında mühüm rol oynayıb. Maraqlıdır ki, “Kimi K3” bir sıra göstəricilər üzrə “Alibaba”nın özünün hazırladığı “Qwen” modelini geridə qoyub.

Bu inkişaf ABŞ-də də narahatlıq yaradıb. Vaşinqton uzun müddətdir Çinin ən müasir “Nvidia” çiplərinə çıxışını məhdudlaşdırmağa çalışsa da, “Moonshot”un əldə etdiyi nəticələr tətbiq olunan texnologiya məhdudiyyətlərinin effektivliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin direktoru Maykl Kratsios “Moonshot”u ən yeni “Nvidia Blackwell” çiplərini qanunsuz yollarla əldə etməkdə ittiham edib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar