Bir dövrün ən sevilən seriallarından olan "Yaprak Dökümü"nün ilk "Şevket"i yenidən gündəmə gəlib.
Bakupost.az xəbər verir ki, serialda canlandırdığı obrazla yadda qalan aktyor Caner Kurtaran sosial media paylaşımı ilə diqqət çəkib.
Bir çox istifadəçi aktyorun illər sonra belə dəyişmədiyini qeyd edib.
Xatırladaq ki, Caner Kurtaran "Yaprak Dökümü" serialının sonrakı bölümlərində layihədən ayrılmışdı. Onun canlandırdığı "Şevket" obrazını daha sonra başqa aktyor davam etdirmişdi.