Ermənistan parlamentinin sədri Alen Simonyan ("Vətəndaş Müqaviləsi" Partiyası) qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.
Bakupost.az xəbər verir ki, o, gələn il keçiriləcək seçkilərdə iştirak etmək üçün adının partiyanın proporsional siyahısına düşməsinə çalışacağını bildirib.
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində iştirak etmək niyyətini açıqlamışdı.