Ru
10:27 / 06 Dekabr 2025

Kreml üçün gərdiyi sinəsindən məhrum oldu

Kreml üçün gərdiyi sinəsindən məhrum oldu
Eye

“RT” və “Sputnik” kimi Kremlin aparıcı təbliğat orqanlarının rəhbəri Marqarita Simonyan artıq uzun illərdir ki, Rusiyanın informasiya müharibəsində ön xətdə dayanır. Onu Qərb mediası sadəcə jurnalist kimi yox, Kreml üçün “məlumat silahı” kimi xarakterizə edir.

Bakupost.az xəbər verir ki, “The Financial Times” Simonyanı təsvir edərkən onu Vladimir Putinin ən sədaqətli nökəri, “təbliğat valkiriyası” adlandırıb.

Simonyanın fəaliyyəti sadə təbliğatdan çoxdan kənara çıxıb. O, informasiya müstəvisində Kremlin ən sərt, ən aqressiv ritorikasını aparan şəxslərdən biridir. Putin öz növbəsində onu tərifləmiş, informasiya hücumlarında sərhəd tanımamasını alqışlamışdı. Simonyan bu obrazı şövqlə qəbul edib – özü açıq deyir ki, informasiya müharibəsində “yumşaqlığa yer yoxdur”.

2014-cü ildən bəri, xüsusilə də 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal başlayandan sonra Simonyan Kremlin aqressiyasını legitimləşdirməyə çalışan baş fiqurlardan birinə çevrilib. Onun teleefirdəki çıxışları açıq çağırışlarla doludur. Məsələn, Ukraynaya qarşı zərbələrin artırılmasını tələb edən bu qadın raket zərbələrinin günahsız insanları öldürməsini “strateji zərurət” kimi təqdim edir. Rusiyanın müharibə siyasətinə qarşı olanların düşmən elan edilməsi də bunun başının altından çıxıb.

Simonyan üçün insan faciələri sadəcə Kremlin informasiya strategiyasının alətidir. O, öz ritorikasında zorakılığı normallaşdıran, müharibəni həyatın qaçılmaz həqiqəti kimi göstərən ən kəskin simalardan biridir.

Simonyanın davranış maneraları da öz siyasi mövqeyinə uyğun formalaşıb. O, açıq şəkildə ədəbiyyat, mədəniyyət və medianı Kremlin ideoloji silahına çevirmək lazım olduğunu bildirir. Onun çıxışlarında təhdidlər, düşmən obrazı yaratmaq, dezinformasiya, nifrət dili qəribəlik yox, adi məişət ritorikasıdır.

Simonyanın sərt simasını daha da gücləndirən fakt isə onun özünü “səngərdə döyüşən kimi” təqdim etməsidir. O, uzun illərdir ki, təbliğatı bir növ “müqəddəs missiya” kimi qələmə verir və bununla öz fəaliyyətinin radikallığını daha da normallaşdırır.

2025-ci ildə Simonyan xərçəng müalicəsi keçdiyini bildirib. Əməliyyatla onun döşləri götürülüb. Lakin diqqət çəkən məqam – bu şəxsi faciənin belə Kremlin informasiya maşınının bir hissəsinə çevrilməsidir. Rusiyadakı dövlət mediası onun xəstəliyini “liderin sədaqətli döyüşçüsü əzablar içində belə mübarizəni dayandırmır” narrativi ilə təqdim etməyə başladı.

Simonyan isə bundan özünü “ideologiya yolunda fədakar şəxs” kimi göstərmək üçün istifadə etdi.

Onun “В начале было Слово — в конце будет Цифра” adlı romanı da real ədəbi dəyərindən çox Kremlin PR layihəsi kimi təqdim olunur. 88 minlik tirajın tam şəkildə xaricə göndərilməsi, həmin kitabların pulsuz paylanması, oktyabrda “ayın kitabı” elan edilməsi Simonyanın imicinin siyasi paketlənməsinin bir parçasıdır.

O, nə azad media nümayəndəsidir, nə də sadəcə dövlət məmuru. O, Putinin siyasi maşınında xüsusi tapşırığı olan, sərhəd tanımayan bir informasiya nökəridir.

Simonyanın siyasi mövqeyi yalnız Kremlin informasiya maşını ilə məhdudlaşmır. O, həm də Rusiyadakı erməni lobbisinin ən nüfuzlu fiqurlarından biri kimi çıxış edir, etnik təməlli şəbəkələri siyasi məqsədlər üçün səfərbər etməyə çalışır. Kreml içində çəkisi məhz bu əlaqələr hesabına daha da möhkəmlənib. Onun əri – rejissor Tigran Keosayan da eyni ideoloji cəbhənin aktiv üzvü idi: anti-Qərb təbliğatının daimi siması, milli nifrət ritorikasının müəlliflərindən biri və Simonyanla birlikdə Kremlin informasiya hücumlarının “ailə podratçısı” kimi tanınırdı. Bu tandem illərdir ki, şəxsiyyət kultu, imperiya nostalgiyası və aqressiv etnik siyasəti təbliğ edən ən səsli duetlərdən biri idi.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar