Ru
21:06 / 31 İyul 2026

Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür

Şirvan suvarma kanalı yarıldı -  Təcili tədbir görülür
Eye

Göyçay rayonunda Şirvan suvarma kanalının yarılması nəticəsində su ətraf əraziyə yayılıb.


"Bakupost" xəbər verir ki, hadisə rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən Şirvan suvarma kanalında baş verib.

Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin “qobu” adlandırdığı dərin çökəkliyə doğru axır.

Hazırda hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar