Ru
15:49 / 22 May 2019

İsgəndər Həmidov Bakıda aksiyaya hazırlaşan onlarla şəxsə pul paylayıb - HƏBS EDİLƏ BİLƏR ŞOK İDDİA:

3852
 

Mayın 19-da müalicə almaq məqsədiylə xaricə getdiyi bildirilən Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovu ölkəyə dönəcəyi təqdirdə həbs olunmaq təhlükəsi gözləyir.


Bakupost.az-ın məlumatına görə, bu barədə xəbəri strateq.az saytı özünün hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazıb. Sayt bildirir ki, keçmiş nazirin Azərbaycan Xalq Hərəkatının üzvlərinə mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul verdiyi haqda informasiyanın yoxlanması ilə bağlı keçirilən zəruri əməliyyat tədbirləri zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onlarla şəxs saxlanılıb.


İlkin dindirmə zamanı müəyyən edilib ki, İsgəndər Həmidov ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib. Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər.


Saytın iddiasına görə, keçmiş nazirin müayinə və müalicə adıyla ölkədən çıxışı da planlı olub və bu, qanunsuz aksiyalara cəhd ediləcəyi zaman əsas təşkilatçı kimi məsuliyyətdən yayınmağa hesablanıb.


Gözlənilir ki, İsgəndər Həmidov ölkəyə dönəcəyi təqdirdə bu faktlara görə həbs olunaraq məsuliyyətə cəlb edilsin.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər