Ru
18:48 / 19 Yanvar 2026

ŞOK: Trampın Qrenlandiya planı Qərbi “partlatdı”

ŞOK: Trampın Qrenlandiya planı Qərbi “partlatdı”
Eye

ABŞ prezidenti Donald Trampın son gömrük tarif təhdidləri Avropa ilə iqtisadi qarşıdurmanı yeni mərhələyə çıxarıb. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, qarşılıqlı tarif eskalasiyası həm ABŞ, həm də Avropa iqtisadiyyatına zərbə vuracaq.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, mövzu ilə bağlı CNN telekanalının saytında Auzeniya Beykon imzası ilə maraqlı analitik yazı çıxıb.

Yazı müəllifi Donald Tramp tərəfindən Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Böyük Britaniyadan idxala 1 fevraldan etibarən 10% tarif tətbiq ediləcəyini xatırladıb. Razılaşma əldə olunmazsa, tariflər 1 iyunda 25%-ə yüksələcək. Bu addım Trampın uzun müddətdir davam edən Qrenlandiya üzərində nəzarət əldə etmə planı fonunda elan edilib.

Bunun ardınca Avropa liderləri bazar günü fövqəladə iclas keçirib. Paris iddia edir ki, bu, artıq sadəcə “ticarət məsələsi” deyil və Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqına anti-coercion instrument (“ticarət bazukası”) deyilən mexanizmi işə salmağı təklif edib. Bu mexanizm ABŞ şirkətlərinin Avropa bazarlarına çıxışını məhdudlaşdıra, hətta bəzi sahələrdə ixrac nəzarətləri tətbiq edə bilər.

“Bu alət əvvəllər ABŞ kimi müttəfiqə deyil, Çin kimi dövlətlərə qarşı nəzərdə tutulub”, - deyə müəllif qeyd edib.

Müəllifin fikrincə, Avropa həmçinin ötən il təxirə salınan və həcmi 93 milyard avro olan cavab tariflərini də yenidən gündəmə qaytara bilər.

ING bankın qlobal makro bölməsinin rəhbəri Karsten Brzeski qeyd edir:

“İlk reaksiyalara baxsaq, görünür, Avropa liderləri bu dəfə yumşaq davranmaq niyyətində deyil”.

Onun hesablamalarına görə, tariflərin tətbiqi 2025-ci ildə Avropa iqtisadiyyatını ən azı 0,25% aşağı çəkəcək.

“Brookings” İnstitutunun eksperti Den Hamilton xəbərdarlıq edir ki, “ticarət bazukası”nın tam işə düşməsi aylar çəkəcək, lakin Trampın hərəkətləri ABŞ-Avropa ticarət sistemini çökdürə və NATO müttəfiqləri ilə münasibətləri sarsıda bilər:

“Trampın son təhdidləri həm London, həm də Brüssel ilə bağlanmış ticarət razılaşmalarını da faktiki etibarsız edir”.

AB-nin aparıcı siyasətçilərindən Manfred Veber isə daha sərt açıqlama verib:

“Qrenlandiya mövzusunda Trampın təhdidlərini nəzərə alaraq, hazırda AB-ABŞ ticarət razılaşmasını təsdiq etmək mümkün deyil”.

Çikaqo Universitetinin professoru Stiven Durlauf isə bunları deyib:

“Bu addımlar ABŞ-nin ticarətdə etibarlı tərəfdaş imicini məhv edir”.

2024-cü ildə ABŞ təkcə Almaniya ilə $236 milyard, Britaniya ilə $147,7 milyard, Fransa ilə $103 milyard ticarət edib. Bu əlaqələrin zədələnməsi uzunmüddətli itkilər yarada bilər. Bundan əlavə, ABŞ-nin əsas tərəfdaşları alternativ yollar axtarmağa başlayıb:

- Kanada Çinlə “strateji tərəfdaşlıq” elan edib

- AB 25 il sürən danışıqlardan sonra MERKOSUR ilə razılaşma bağlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar