Ru
19:47 / 19 Yanvar 2026

Uzun fasilədən sonra səhnəyə QAYIDIR – Afaq Bəşirqızıdan AÇIQLAMA

Uzun fasilədən sonra səhnəyə QAYIDIR – Afaq Bəşirqızıdan AÇIQLAMA
Eye

Uzun müddətdir səhhətindəki problemlərə görə səhnədən uzaq düşən Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Zal qızı Zalxa” tamaşası ilə yenidən tamaşaçıların görüşünə gəlir.

Bakupost.az xəbər verir ki, Bizim.Media-ya danışan aktrisa hazırda səhhətinin yaxşı olduğunu bildirib:

“Müalicəm qaydasında davam edir. Hazırda vəziyyətim çox yaxşıdır. Özüm də indi çəkilişdəyəm, məşqlərimiz gedir. Hər şey əladır. Səhhətimdə yaranan problemlərə görə, bir müddət uzaq qalmışdım, amma indi durumum əladır”, -deyə fəaliyyəti ilə bağlı gələcək planlardan danışmayıb.

Qeyd edək ki, uzun aradan sonra Afaq Bəşirqızı yanvarın 30-da səhnəyə çıxacaq.

Xatırladaq ki, aktrisa onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar