Ru
21:00 / 19 Yanvar 2026

İran xalqına dəstək hər zaman qüvvədədir - Ərdoğan

İran xalqına dəstək hər zaman qüvvədədir - Ərdoğan
Eye

İranlı qardaşlarımızın tələlərlə dolu bu çətin dövrü geridə qoyacaqlarına ümid edirik.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

O bildirib ki, Türkiyə sülhü və sabitliyi prioritet alan xarici siyasəti ilə bölgəni qeyri-müəyyənliyə sürükləmək riski daşıyan hər cür təşəbbüsün qarşısında durmağa davam edəcək.

“Türkiyə olaraq bu mövzuda ilk gündən etibarən prinsipial mövqe nümayiş etdirmişik və bu gün də eyni mövqeyimizi qoruyub saxlayırıq”, – Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti İran xalqına dəstəyin hər zaman qüvvədə olduğunu da bildirib.

“Bizə görə hər cür problemin həlli qarşılıqlı etimada əsaslanan danışıqlar masasına əyləşməkdir. Buradan bütün aidiyyəti tərəfləri sağlam düşüncəyə, dialoqa və diplomatiyaya dəvət edir, gərginliyin daha da azaldılması istiqamətində üzərimizə düşən nə varsa etməyə hazır olduğumuzu xüsusilə bildirmək istəyirəm”, – dövlət başçısı əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar