Ru
20:42 / 19 Yanvar 2026

Tanınmış psixoloqun diplomu saxta çıxdı: Məhkəmə həbs cəzası verdi

Tanınmış psixoloqun diplomu saxta çıxdı: Məhkəmə həbs cəzası verdi
Eye

Türkiyədə tanınmış psixoloq, yazıçı və televiziya aparıcısı Esra Ezmecinin İstanbulun Beşiktaş rayonunda yerləşən ofisindəki lövhədə "klinik psixoloq" adından qanunsuz istifadə etdiyi məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə medyata.com.tr saytı məlumat yayıb.

Beşiktaş Rayon Səhiyyə İdarəsinin əməkdaşları araşdırma zamanı Ezmecinin bu addan istifadə etməyə imkan verən diplomunun olmadığını müəyyən ediblər.

İdarənin şikayəti əsasında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən təhqiqat başlayıb. Ezmeci verdiyi ifadədə klinik psixologiya sahəsində dərslər aldığını və magistr təhsili olduğunu iddia edib.

Təhqiqat nəticəsində Ezmecinin səlahiyyəti olmadığı halda "klinik psixoloq" peşəsindən istifadə etdiyi üzə çıxıb. İstanbul məhkəməsi bu səbəbdən lövhədəki ifadəni qanun pozuntusu sayaraq, Ezmeciyə 10 ay həbs cəzası verib. Məhkəmə eyni zamanda hökmün açıqlanmasını təxirə salmaq qərarına gəlib.


Şərhlər
  • .Nizami Aliev

    Это просто ужас ! А, сколько специалистов с фальшивыми дипломами в разных сферах деятельности Республики- известно? Да "прекрасное наследия от люмпенов," не чего сказать .

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar