Ru
01:07 / 27 Avqust 2025

Xəzər sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - YENİLƏNİB

Xəzər sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - YENİLƏNİB
Eye

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.


******

Yeraltı təkanlar Qəbələ, Sumqayıt, Şabran, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gəncə, Ucar, Quba və Bakıda da qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakupost.az -a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4-3 bala qədər hiss olunub.


******

00:35

Bakıda və Sumqayıtda zəlzələ hiss olunub.


Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Zəlzələ Ucar, Göyçay, Quba, Gəncə, Bakı və digər ərazilərdə qeydə alınıb.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar