Sosial evlərlə bağlı ikinci layihə də Bakı şəhərində reallaşdırılacaq.
Lent.az-ın məlumatına görə, bunu ASAN Radionun qonağı olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.
A. Quliyev bildirib ki, artıq ikinci layihənin gerçəkləşdirilməsi üçün Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinə yaxın bir yerdə 20 hektar torpaq sahəsi seçilib: " Statistik təhlillər göstərir ki, Bakıda evlərə daha çox tələbat var. Ancaq layihənin tədricən respublikanın bütün ərazilərini əhatə etməsi nəzərdə tutulur. Artıq bir sıra şəhər, rayon mərkəzlərində torpaq sahələrinin seçilməsi ilə bağlı işlər aparılır”.
A.Quliyev əlavə edib ki, sosial ev alacaq vətəndaşlara bir neçə üsulla ödəniş imkanı yaradılacaq: "Belə ki, vətəndaş öz hesabı ilə nəğd şəkildə birdəfəlik ödəniş edərək mənzil əldə edə biləcək. Bununla yanaşı vətəndaşa İpoteka fondunun vəsaiti hesabına 30 illik kredit götürərək ödəniş etmək imkanı yaradılacaq. Həmçinin vətəndaş istədiyi başqa bir mənbədən, bankdan kredit götürərək ödəniş edə biləcək. Onu da əlavə edim ki, tikilən bütün mənzillərdə təbii küləklənmə sistemi quraşdırılıb”.
Bakı Post
Salam mən də veteran ailəsiyəm ,ipotekayla ev almaq istəyirik,aylıq ancaq 250 manata kimi ödəyə bilərik ,çox xahiş edirik ,bizə də kömək edin.
Salam evsizəm iki balamla ilkin on min ödəmə aylıqda 250-300 azen ödəmə gücüm var evsizəm artıv 18 ildir 19 za kecmişə bu illər ərzində kirayə ödəmişəm cox istərdimki köməklik edəsiz ev sahibi olam illərdir sahib olmaq isdədiyimdi amma nə yazıq ki ilkin ödənişi cox istəyillər köməklik etmirlər
Evvela salam.Men SOCAR-in 2 sayli Texnaloji Neqliyyat Departamentinde Surucu vezifesinde isleyirem.Artiq 9 ildirki Bu sirketde xidmet gosterirem.2019 cu ilden aileliyem hal hazirda 2 ayliq korpemizde var. Eve boyuk ehtiyacimiz var Bize ne komeklik ede bilersiz onceden oz tesekurumuzu bildiririk.
Salam Men ozum SOCAR-in Neqliyyat departamentinde Surucu vezifesinde isleyirem
Salam Höfsandakı evləri necə əldə etmək olar yolunu yaza bilərsiz.
İlkin odeniş min manat verib ayda 400 azın ödeye bilerem
men kiraya qalram ayliq 300 aze özde bilerem özmde 3 qurub elilem eve ehtyacim var
Salam.men ilkin ödəniş ödəyərək ayda 200-300 AZN ödəyərək kirayə mənzil almaq istərdim.zehmet olmasa şərtlər və lazım olan sənədlər haqqında məlumat verərdiniz.
Məndə ipotekaynan ev istiyirəm aylığı 250 300arasi olsun
Ev almaq isteyirem
Salam.ev almaq istəyirəm ilkin ödəniş 3000və aylıq 300 manat ödəniş edə bilərəm
Salam mən şəhid ailəsiyəm ev alamaq istəyirəm ipotekaynan ala bilərəm ? Atam polis olub o döyüşlərdə həlak olub.
İpatekayla almaq istəyirəm ilkin ödənişdə edirəm və hər ay 250 300 ödəməyə hazıram ev sahibi olmaq istəyirəm
Baki
Astara rayonu