Ru
17:01 / 17 Noyabr 2021

Spiker deputata əsəbiləşdi: "Qaçqınlar Qarabağa köçsün, sonra danışarıq”

8669
Deputat Tahir Kərimlinin Milli Məclisin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

Bakupost.az xəbər verir ki, deputat bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: “Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyiniz həyalıdıır deyə belə münasibət göstərmək olmaz”.

Spiker həmkarının çıxışına sərt reaksiya verib:


“Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə mən əsəbiləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçsün, onları yerləşdirəndən sonra danışarıq”.
Şərhlər
  • Xəlil

    Allah hər ikisinə ağıl versin.

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Cənab Tahir Neftçala da istehsal olunan BOBLA avtomobili verin sürsünlər

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər