Ru
09:00 / 03 Avqust 2026

Su çəkildi, alman hərbi gəmiləri üzə çıxdı - FOTO

Su çəkildi, alman hərbi gəmiləri üzə çıxdı - FOTO
Eye

Dunay çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi İkinci Dünya müharibəsindən qalan alman hərbi gəmilərini üzə çıxarıb.


"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, Serbiyanın Prahovo bölgəsində görünən gəmilər 1944-cü ildə geri çəkilən alman qüvvələri tərəfindən Qırmızı Ordunun əlinə keçməməsi üçün batırılıb.

Məlumata görə, bu ərazidə Dunayın dibində təxminən 200 hərbi gəmi, barja və yedək gəmisinin qalıqları ola bilər.

Onilliklərdir çayın dibində qalan bu gəmilərin qalıqları hazırda gəmiçiliyə maneə yaradır. Bundan əlavə, bəzi gəmilərin içərisində hələ də döyüş sursatlarının qala biləcəyi bildirilir.

Serbiya Avropa Birliyinin dəstəyi ilə batmış gəmilərin sudan çıxarılması və Dunay çayının bu təhlükəli qalıqlardan təmizlənməsi işlərinə başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar