Ru
11:08 / 30 Yanvar 2025

“Sülh gündəliyinə sadiqik” – Ararat Mirzoyan

“Sülh gündəliyinə sadiqik” – Ararat Mirzoyan
Eye

“Ermənistan Azərbaycanla sülh sazişinin bağlanması, regional kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasının həyata keçirilməsinə sadiqdir”.


Bakupost.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Biz Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini yekunlaşdırmağa səy göstəririk: biz sülh gündəliyinə sadiqik. Bu, həm sülh müqaviləsinə, həm nəqliyyat kommunikasiyalarının açılmasına, həm də sərhədin delimitasiyasına və demarkasiyasına aiddir”, - Ermənistan XİN rəhbəri qeyd edib.
Digər tərəfdən, o, Ermənistanın kommunikasiyaların açılmasından sonra Azərbaycanla sadələşdirilmiş tranzit prosedurlarının tətbiqini müzakirə etməyə hazır olduğunu bildirib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar