Ru
15:18 / 18 Dekabr 2025

“Sülh ticarət üçün zəmin yaradıb” – Paşinyan yanacaq tədarükündən danışdı

“Sülh ticarət üçün zəmin yaradıb” – Paşinyan yanacaq tədarükündən danışdı
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanmasını müsbət qiymətləndirib.

Bakupost.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb. O bildirib ki, Azərbaycan neft məhsulları daşıyan qatarın artıq yola düşdüyü ilə bağlı xəbərlə tanış olub.

Paşinyanın sözlərinə görə, ticarət birbaşa özəl şirkətlər arasında həyata keçirilir, lakin bu proses üçün Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh siyasi şərait yaradıb:

“Bu inkişafı alqışlayıram. Ticarət birbaşa özəl şirkətlər arasında baş verir, amma şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında formalaşmış sülh bu ticarət üçün siyasi zəmin yaradıb. Siyasi səviyyədə razılaşmalar var idi ki, hər iki ölkənin biznes icmaları imkanlardan xəbərdar edilsin və maraq olduğu halda müqavilələr bağlansın”, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, bu gün SOCAR-ın istehsal etdiyi benzinlə dolu 22 vaqon Ermənistana yola salınıb. Qatarda ümumi həcmi 1220 ton “Aİ-95” markalı avtomobil yanacağı olub. Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar