Ru
12:59 / 09 Sentyabr 2024

Sumqayıtda güclü yanğın - Yenilənib-VİDEO

Sumqayıtda güclü yanğın -  Yenilənib-VİDEO
Eye

Sumqayıt şəhərində avtomobil təmiri sexi yanır.

"Report"un yerli bürosu xəbər verir ki, geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) briqadası hadisə yerinə gəlib.


***
13:30

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində başlayan yanğın qismən söndürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd olunub.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdrılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***
Yanğın söndürüldü.


Sumqayıtda güclü yanğın -  Yenilənib-VİDEO
Sumqayıtda güclü yanğın -  Yenilənib-VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar