Ru
13:29 / 21 Yanvar 2026

Sumqayıt qatarları Bakıxanov və Sabunçuda da dayanacaq

Sumqayıt qatarları Bakıxanov və Sabunçuda da dayanacaq
Eye

Bu gündən Sumqayıt-Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.


Bu barədə Bakupost.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar