Ru
10:52 / 15 İyun 2026

Sumqayıtda fərdi evdə yanğın - VİDEO

Sumqayıtda fərdi evdə yanğın - VİDEO
Eye

Sumqayıtda fərdi evdə yanğın baş verib.

Bu barədə Bakupost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən evə və obyektə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində köməkçi tikili yanıb, fərdi yaşayış evi və obyekt yanğından mühafizə edilib. Xəsarət alan olmayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar