Ru
17:30 / 26 Avqust 2020

Sürücü eyni xətaya görə ikiqat cərimələdi

2251

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.

"BakuPost" xəbər verir ki, bu barədə F.Cahangirov sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, metronun "28 may" stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.

Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.

Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.


Sürücü eyni xətaya görə ikiqat cərimələdi
Sürücü eyni xətaya görə ikiqat cərimələdi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər