Ru
11:08 / 23 Noyabr 2021

Sürücülərin nəzərinə: buna görə 100 manat cərimələnə bilərsiniz

Sürücülərin nəzərinə: buna görə 100 manat cərimələnə bilərsiniz
Eye

Günün xüsusən pik saatlatında apardığımız müşahidələr onu deməyə əsas verir ki, bəzi sürücülər yüklənmiş hərəkət istiqamətində səbirsizlik nümayiş etdirir və nəticədə boş hesab etdikəri qarşı hərəkət zolağına çıxmaqla kobud qayda pozuntusuna yol verirlər. Belə əməllərə yol verən sürücülər unutmamlıdır ki, etdikləri qayda pozuntularının mütləq əksəriyyəti müşahidə kameraları və xüsusi texniki vasitələrlə qeydə alınır və bu əmələ görə inzibati qanunvericilik 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərdə tutur.

Bakupost.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Onun sözlərinə görə, belə kobud qayda pozan sürücünün yaratdığı təhlükənin cinayət tərkibli əmələ çevrilməsi, yəni hər hansısa ağır yol-nəqliyyat hadisəsinin baş verməsi isə an məsələsidir:

"Məsuliyyətsizlik hər zaman inzibati tənbehlə yekunlaşmır! Bir daha sürücülərdən xahiş edirik ki, özlərini və ətrafdakı insanların həyatını məsuliyyətsizliyin qurbanına çevirməsinlər! Bir daha bütün sürücülərdən və hərəkətin digər iştirakçılarından yol hərəkəti qaydalarına əməl etməyi və intizamlı olmağı xahiş edirik!”.

Şərhlər
  • Vətəndaş

    Cərimə miqdarlarına baxmaq.onları vətəndaşların ödəmə imkanlarına uyğunlaşdırmaq zamanı deyilmi? 50-100 maat cərimə Azərbaycan vətəndaşı üçün həddən artıq yüksək deyilmi?Axı maaş,pensiya və doldnma çətinliyi,işsizlik bununla uzlaşmır.Cəriməni rüşvətxor və havayı deputat maaşı alanlar təyin etməməlidirlər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar