İki gün öncə İran xarici işlər naziri Abbas Əraqçi Çində səfərdə olub.
Onun çinli həmkarı Vanq Yi ilə görüşündə yalnız ikitərəfli münasibətlər deyil, ABŞ ilə danışıqlar və Yaxın Şərqdəki təhlükəsizlik məsələləri də müzakirə olunub.
Konfliktoloq
Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, İran xarici işlər nazirinin Çinə səfəri tamamilə təbii və gözlənilən idi:
“Yaxınlarda Çin liderinin ABŞ-yə səfəri nəzərdə tutulub. Bu səfər ərəfəsi Pekin strateji tərəfdaşlarla bəzi məsləhətləşmələr aparmağı, habelə Donald Trampla görüşdə bir sıra məqamlarla bağlı informasiya əldə etmək, eyni zamanda, İranın maraq və təkliflərini Vaşinqtonda səsləndirməyi düşünür”.
Müsahibimiz düşünür ki, Əraqçinın Pekinə səfəri fonunda Çin lideri üçün Trampla siyasi bazarlaşma məsələsində gözəl fürsət pəncərəsi açılıb:
“Çin İranın kapitulsiyaya getməsini istəmir. Eyni zamanda, Pekin İranın Hörmüz boğazı ilə bağlı yaratdığı yeni reallığı da qəbul etmir.
Pekin həm ABŞ ilə İran arasında vasitəçi kimi aktor funksionallığını artırır, digər tərəfdən də siyasi-iqtisadi bazarlaşmaya gedir. Çin strateji tərəfdaş olsa da İrana görə ABŞ ilə münasibətləri heç də korlamaq istəmir.
Bu mənada Əraqçinın Pekin səfəri də əqrəblərin uyğunlaşdırılması baxımından məna kəsb edir. Tehran hesab edir ki, Çin vasitəsilə ABŞ-yə öz şərt və mövqeyini çatdıra bilər və bu fonda Pekinin vasitəçilik missiyasına sadəlövcəsinə olmasa da, inanmaq istəyir”.
Rüfət Sultan,
BakuPost
ABŞ Prezidenti, aydın Beynəlxalq qarşılıqlı hüquqi toxunulmazlıq Sülh memorandumu şərtlərini (ehtimal ki, İsrail Hökmdarlığının Sifarişi ilə?), sərhədləri aşarqa İranı iflic cəhdlərini və bəyanlarını davam etdirməkdədir? İrandan dəfələrlə üstün güclü ABŞın İsrailsiz də dünyəvi tərəfdaşları çoxdur. İrana bəzi yardımları ilə seçilən Kreml, SSRİ və SBnin təslimi ilə 1987-1991ci illərdən sanki, dünyanı (separatmı?) Ağ Evlə yenpdən bölüşmə cəhdlərini gizlədə bilmirlər? Beləliklə, Tehranın ABŞ Tayvanın ayrılmasına da dəstək verən Super Güc Ağ Evə qarşı paritet kimi Pekindən digər nicat-xilas yeri görünmür? İranın-özünün tək, dəfələrlə kiçik İsraildən belə müdafiə, hətta müqavimət qabiliyyətli olmadığı son qarşı-durma hadisələri ilə isbatlanıb? Eləcə, Tehranın Ağ Ev başda, Beynəlxalq Atom Təşkilatı da daxil rəqiblərinə qarşı oxşar *Tayvanı təkləmə* həmlələrinə görə Pekindən qeyri dəstək-nicat yolu görünmür? Qonşular-İran da, Azərbaycan da, digərlərinən qarşı daha şərafətli-vulqar, tolerant-hümanist üstün-fərqli ədaləti əlahiddə siyasət seçimlərinə görə, elə Siyasi-hüquqi dünya aləmində *təkləniblər*? Problemin açarı da geniş bicə sadə sualdır:Özünün texnoloji-iqtisadi sənaye arsenalı, vətəndaşının sosial yaşamı dəfələrlə aşağı səviddədə olduğu halda daha üstünlərə hansı *üstünlüyünü* təqdim-təqdir edirsən?