Ru
18:28 / 20 Dekabr 2025

Bloger gündəmə gəlmək üçün ölüm xəbərini ortalığa atıb? - "Bu, səviyyəsizlikdir!"

Bloger gündəmə gəlmək üçün ölüm xəbərini ortalığa atıb? - "Bu, səviyyəsizlikdir!"
Eye

Sosial şəbəkə hesablarında Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etməsi ilə bağlı yayılan məlumatların yalan olduğu üzə çıxıb.


Bu barədə blogerin reklam siması olduğu geyim mağazası məlumat verib.


Mağazadan verilən məlumata görə, Tünzalə Sultanovanın ölüm xəbəri yalandır, həqiqəti əks etdirmir:


"Ölümü ilə bağlı məlumatları yalandan yayıblar. Belə bir hadisə olmayıb".

***

Məşhur bloger və teleaparıcı Ramal İsayev Ömrü Sultani adı ilə tanınan blogerin komaya düşmə xəbərinin yalan olduğunu qeyd edib.


Bakupost.az xəbər verir ki, bloger bununla bağlı İnstaqram hekayəsində sərt açıqlama ilə çıxış edib.


“Bu gün xəbər saytlarında “bloger Ömrü Sultani dünyasını dəyişdi” başlıqlı yalan xəbərlər paylaşılır. Canlı-canlı “ölüb” dirilmək sadəcə ucuz və mənasızda bir şoudur. Bu, nə ağıllı PR-dir, nə də kreativlik. Bu, səviyyəsizlikdir!

Cəmiyyətin hissləri ilə oynamaq, ölüm kimi bir mövzunu bu qədər alçaltmaq şəxsiyyətsizlikdir.” - deyə Ramal İsayev bildirib



***

16:09

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.


Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

Lakin bu gün sosial şəbəkədə edilən paylaşımlarda onun "EGE Hospital"da vəfat etdiyi iddia olunub.

İddialarla bağlı klinikadan cavab əldə etmək mümkün olmayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar