Ru
16:15 / 11 Fevral 2026

Tanınmış kouçun küllü miqdarda pulunu mənimsəyən “şizofren” kimdir? - VİDEO

Tanınmış kouçun küllü miqdarda pulunu mənimsəyən “şizofren” kimdir?  - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Azerina” adı ilə tanınan psixoloq və “life coach” Əfsanə Qasımlı yaxın münasibətdə olduğu biznesmen qadın tərəfindən aldadıldığını iddia edib.

Bakupost.az xəbər verir ki, Ə.Qasımlı həmin şəxsin planlı şəkildə insanlarla yaxın münasibəti qurduğunu, daha sonra isə maddi və mənəvi zərər vurduğunu bildirib. Onun sözlərinə görə, sözügedən qadın xüsusilə imkanlı, öz biznesi olan bloger və tanınmış şəxslərlə yaxınlaşır.

“Bu qadının əsas strategiyası varlı və tanınmış insanlara əlaqə qurmaqdır. İlk növbədə onların zəif nöqtələrini, şəxsi sirlərini öyrənir, həyatları ilə bağlı detallı məlumat toplayır. Bundan sonra isə külli miqdarda vəsaitlərini müxtəlif yollarla mənimsəyir. Pullar mənimsənildikdən sonra zərərçəkənlər şikayət ərizəsi yazırlar, lakin həmin ərizələr qısa müddətdə geri çəkilir”, – deyə o bildirib.

Ə.Qasımlı iddia edib ki, özü də həmin şəxsin yaxın dostu olub və nəticədə ciddi maddi itki ilə üzləşib:

“Bir çox blogerə qarşı ağır ittihamlar səsləndirən, onlara zərər vuran həmin xanımın dostu olmuşam. Onun ciddi psixoloji problemləri var. Mən sənin qızın yaşındayam… bu qədər oyun, bu qədər şantaj, jurnalistlərə verilən pullar… Mənim haqqımda yayılan antireklam xarakterli xəbərlərin arxasında da məhz yaxın çevrəmdə olan insanların pulla təşkil etdiyi şantajlar dayanıb. Mənim bütün antireklamlarımı hər zaman belə Allahsız insanların sifarişiylə olub. Hələ bir dəfə dedi ki, 17 min verib mənim xəbər linklərimi sildirir! Məni gözümün nurunu töküb, gecə-gündüz çalışıb yüksək balla girdiyim universitetdən məhrum etdi. Bu, sadəcə bir kağız, diplom deyildi – gəncliyim, ümidim, gələcəyim idi”.

Əfsanə Qasımlı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.


Lalə, Bakupost

Daha ətraflı videomüraciətdə:





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar