Ru
19:41 / 19 Sentyabr 2020

Tanınmış professor universitetə buraxılmadı

2194
Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli karantin rejimində yaş məhdudiyyəti səbəbindən universitetə buraxılmayıb.

“BakuPost” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:

“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:

- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

- Niyə ki?

- Yaşınız 65-dən çoxdur.

Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər