Ru
15:12 / 01 May 2026

Tarixdə ilk: Mumyanın qarnından Homerin şeirləri çıxdı

Tarixdə ilk: Mumyanın qarnından Homerin şeirləri çıxdı
Eye

Barselona Universitetinin alimləri Qahirə yaxınlığında tapılan Qədim Roma dövrünə aid mumyanın qarnından Homerin “İliada” əsərinin “Gəmi kataloqu” hissəsindən parçalar çıxdığını bildiriblər.

Bakupost.az xəbər verir ki, bu tarixdə bir ilkdir: Mumiyanın qarnından dini mətnlər əvəzinə, ədəbi əsərdən hissələr çıxır.

Mütəxəssislər bildirir ki, bu tapıntı mumyalama ənənələri haqqında mövcud fikirləri dəyişə bilər. Alimlər hələlik bu addımın dini məqsəd daşıyıb-daşımadığını və ya mumyalayan şəxsin fərdi “imzası” olub-olmadığını araşdırır.

Bundan əlavə, ərazidə aparılan qazıntılarda dilin altında qızıl və mis olan mumyalar da aşkarlanıb.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar