Ru
10:22 / 14 Oktyabr 2021

Tbilisidə Saakaşviliyə görə mitinq keçiriləcək

Tbilisidə Saakaşviliyə görə mitinq keçiriləcək
Eye

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.

Bakupost.az xəbər verir ki, “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.

Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.

Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar